“Bu gün universitetlərin qarşısında çox mühüm vəzifələr var. Biz elmi-tədqiqat mühitini qısa vaxtda formalaşdırmalıyıq” bu fikirləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı səsləndirib.
23 ölkədən 80-dən çox azərbaycanlı alimin qatıldığı tədbirdə 200-ə yaxın elm xadimi iştirak edib.
Universitetin rektoru elmi-tədqiqat istiqamətində ali təhsil ocağında həyata keçirilən işlərdən bəhs edib. Qeyd olunub ki, universitet əməkdaşlarının görkəmli alimlərlə birgə məqalələri yayımlanır, alimlərin təklifləri ilə laborotoriyalar zənginləşdirilir. Diqqətə çatdırlıb ki, univesitetdə nanotexnologiya laboratoriyalarının açılması bu istiqamətdə atılan mühüm addımlardandır. Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan laboratoriyalarda alimlərin fəaliyyət göstərməyi üçün şərait yaradılıb.
Qeyd edək ki, forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.
Forum çərçivəsində iştirakçılar işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olması, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələrin aparılması nəzərdə tutulub.