İncəsənət

Fakültə haqqında

İncəsənət fakültəsi 11 dekabr 1998-ci ildə universitetin elmi şurasının qərarı ilə yaranmışdır. Əvvəlcə 3 kafedra ilə fəaliyyətə başlayan fakültə hazırda 7 kafedranı öz tabeliyində birləşdirir. Bu kafedralarda 75 nəfər müəllim, 8 nəfər tədrisə köməkçi heyət çalışır. Əməkdaşlarımızdan 1nəfər sənətşünaslıq elmləri doktoru, 6 nəfər sənətşünaslıq üzrə fəlsəfə doktoru, 4 nəfər pedoqogika üzrə fəlsəfə doktoru, 2 nəfər professor, 11 nəfər dosent, 1 nəfər Azərbaycan Respublikasının Xalq Rəssamı, 3 nəfər Azərbaycan Respublikasının Xalq artisti, 2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 4 nəfər Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 7 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 3 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimidir.

Fakültə dekanı: Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent İsmayılov Cavid  Vəli oğlu

Tədris işləri üzrə dekan müavini: Baş müəllim, Hacıyev Mobil Gülməmməd oğlu

Akademik məsləhətçi (tyutor): Cəfərli Toğrul  İman oğlu

Akademik məsləhətçi (tyutor):Əkbərova Səadət Yaşar qızı

 Kompüter operatoru: Tağıyeva Gülnar Elşən qızı

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

  1. Rəngkarlıq
  2. Təsviri incəsənət müəllimliyi
  3. Musiqi müəllimliyi
  4. İnstrumental ifaçılıq ( Xalq çalğı alətləri )
  5. İnstrumental ifaçılıq ( Fortepiano )
  6. İnstrumental ifaçılıq ( Simli alətlər )
  7. İnstrumental ifaçılıq ( Nəfəs alətləri )
  8. Solo oxuma
  9. Vokal sənəti (sahələr üzrə – Milli vokal)
  10. Vokal sənəti (sahələr üzrə – Xanəndə)
  11. Bəstəkarlıq
  12. Dirijorluq
  13. Aktyor sənəti
  14. Musiqişünaslıq
  15. İnstrumental ifaçılıq (Xalq çalğı alətləri) (qiyabi)
  16. Musiqişünaslıq (qiyabi)
  17. Dizayn (interyer)

Fakültədə tədris, təlim-tərbiyə işləri Azərbaycan Respublıkası Təhsil Nazirliyi və Universitet rəhbərliyinin qarşıya qoyduğu tələblər əsasında həyata keçirilir.

Fakültədə TEC xətti ilə dövrün aktual problemlərinə həsr olunan mövzularla bağlı müəllimlər tələbələrə rəhbərlik edir, onları elmi yöndə düzgün istiqamətləndirirlər. Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fakültədə vaxtaşırı intellektual oyunlar keçirilir ki, bu da tələbələrimizin dünyagörüşünün artırılmasına kömək edir.

Hər il sentyabr ayının 18-də Milli musiqi günü, Azərbaycan bəstəkarlarının yubileyləri qeyd olunur, bütün əlamətdar günlərə aid tədbirlər hazırlanır. Müəllim və tələbələrimiz Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün incəsənət yönümlü tədbirlərində istər iştirakçı, istərsə də tamaşaçı qismində yaxından iştirak edirlər.

Fakültə tabeliyində olan kafedralar ənənəvi olaraq hər il hesabat konsertləri keçirir. Bu konsertlərin məqsədi tələbələrin qabiliyyətinin üzə çıxarılması, onların yaxşı ixtisaslı kadr kimi formalaşmasına və səhnə davranışının inkişaf etməsinə diqqəti artırmaqdır.

Fakültədə fəaliyyət göstərən tələbə və müəllimlərdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblı, eyni zamanda müxtəlif tərkibli ansambllar, “Mahur” rəqs qrupu, xor, Şən və Hazırcavablar klubu, Tələbə Teatr Studiyası tələbələrin bacarıq və istedadlarını üzə çıxarmağa geniş imkan yaradır. Musiqi qruplarımız tez-tez Türkiyə Respublikasının müxtəlif şəhərlərində konsert proqramı ilə çıxış edir.

Fakültədə tez-tez istedadlı gənclərin solo konsertlərinin, müəllimlərin sinif konsertlərinin, tələbələrin əl işlərindən ibarət sərgilərin, məzun sərgilərinin keçirilməsi də fakültənin iş qrafikinə daxildir.

Tələbələrin biliklərini daha da artırmaq məqsədilə paytaxtda fəaliyyət göstərən ali musiqi təhsil ocaqlarından ustad dərsləri üçün professor-müəllimlər dəvət olunur.

Universitetimizin xarici ölkə universitetləri ilə olan əlaqələri müəllim və tələbə mobilliyinə imkan verir ki, bu əməkdaşlıqdan İncəsənət fakültəsinin  müəllim və tələbələri də yararlanır. Tələbələrimiz 1 və ya 2 semestr müddətinə xarici ölkə universitetlərində təhsillərini davam etdirir, öz bilik dairəsini genişləndirərək gələcək karyeraları üçün mühüm nailiyyət əldə edirlər.    

Fortepieno kafedrası                                               

Kafedra haqqında məlumat 

Musiqi sirli,   sehirli bir  aləmdir,  sanki  bir  cənnətdir.  Bu   cənnəti  insanlara yaşadan isə dahi bəstəkarlar və  ifaçılardır.  Belə istedadlı  fortepiano  ifaçılarını isə Naxçıvan Dövlət Universitetinin  İncəsənət  fakültəsinin   fortepiano kafedrası  yetirir.

    Fortepiano  kafedrasının  müəllimlərinin əksəriyyəti   Naxçıvan  musiqi mədəniyyətinin inkişafında  xüsusi xidmətləri olan sənətkarlardır. Onlar  tələbələrlə çox ciddi və vicdanla məşğul olurlar. Elə  bu səbəbdəndir ki,  Muxtar Respublikanın Uşaq musiqi məktəblərində, kollec və musiqi , ali təhsil  ocaqlarında kafedranın yetirmələri fəaliyyət göstərirlər. Kafedrada təhsil, təlim tərbiyə işləri yüksək səviyyədə həyata keçirilir.  Hər tədris ilinin sonunda keçirilən hesabat konserti müəllim və tələbələrin uğurlu nəticələrindən xəbər verir. Kafedra tək solo ifaçı deyil, həm də konsertmeysterlər yetirir. Bundan başqa müəllimlərin sinif konsertləri və tələbələrin solo konsertləri keçirilir.Çiçəklənən Muxtar Respublikamızın bütün sahələrində olduğu kimi , musiqi təhsili sahəsində də inkişafı göz qabağındadır. Bu işdə fortepiano kafedrasının fəaliyyəti danılmazdır. Fortepiano kafedrasının  müdiri  - Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", Naxçıvan Muxtar Respublikasının "Əməkdar İncəsənət Xadimi",  professor Səidə Müslüm qızı Məmmədovadır.

  Kafedranın tərkib hissəsi

1.Səidə Müslüm qızı Məmmədova- Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət İşçisi
", Naxçıvan Muxtar  

   Respublikasının " Əməkdar İncəsənət Xadimi", professor.

2.Vidadi Əkbər oğlu Heydərov – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, dosent

3.Nərminə Fikrət qızı Qədimova – Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi", baş müəllim

4.Rəna Ələkbər Qızı Cəfərova – Naxçıvan Muxtar Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", baş müəllim

5.Solmaz Məmməd qızı Axundova –  Azərbaycan Respublikasının" Əməkdar müəllimi" , dosent

6.Zemfira Nurəddin qızı Babayeva –  Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi", baş müəllim

7.Elnarə Nəriman qızı Məmmədova - baş müəllim

8.Nazilə Adəm qızı  Qardaşbəyova -  Naxçıvan Muxtar Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", baş müəllim

9.Fəridə Namiq qızı Ağayeva – baş müəllim

10.Aynur Səfər qızı Məmmədova - müəllim

11.Təranə Adil qızı Hüseynova - müəllim

12.Ülvi Rüfət oğlu Əhmədov    müəllim

13. Rəhimov Səxavət Şərif oğlu -müəllim

14.Abutər David qızı Allahverdiyeva – müəllim

15.Leylaxanım Mirsübhi qızı Məmmədova   müəllim

16.Nərmin Şəmsəddin qızı Məmmədli   müəllim

17.Mədətova Rövşanə Rövşən qızı- müəllim

18.Qənbərova Aytac İbrahim qızı – baş laborant

Musiqi təlimi kafedrası

  Kafedra haqqında məlumat 

      “Musiqi təlimi” kafedrası ali təhsilin bakalavriat pilləsində, musiqi müəllimliyi ixtisası istiqaməti üzrə əsas aparıcı kafedralarından biridir. Gələcək mütəxəssislərin hazırlığında kafedra  müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan  fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedranın əsas bazası orta ümumtəhsil məktəblərində musiqi müəllimi kadrları hazırlamaqdır. İncəsənət fakültəsinin Elmi Şurasının 11 aprel 2023-cü il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən 11 aprel 2023-cü il tarixdən “Musiqi təlimi” kafedrasına Sevinc Musayeva Hafiz qızı tam ştat kafedra müdiri vəzifəsinə təyin edilsin. Kafedra müdiri vəzifəsinə təyin edildiyindən “Musiqi təlimi” kafedrasında əmək müqaviləsi ləğv edilməklə tam ştat baş müəllim vəzifəsindən azad edilib, əvvəlki seçki müddəti saxlanılmaqla əmək müqaviləsi ilə 0.5 ştat baş müəllim vəzifəsinə keçirilsin.

Kafedranın tərkib hissəsi 

1.     Musayeva Sevinc Hafiz qızı – kafedra müdiri,baş müəllim

2.     Babayev Zeynalabdın Abdulla oğlu –Azərbaycan Respublikasının əməkdar artisti, baş müəllim

3.     Cəfərova Sevda Zöhrab qızı  - Sənətşunaslıq üzrə fəlsəfə doktoru,  baş müəllim

4.     Xəlilova Sevda Tofiq qızı–Pedaqogika üzrə fəlsəfə doktoru,baş müəllim

5. İsgəndərova İlhamə Kamil qızı - 0.5 ştat baş müəllim

6.     Əliyev Cəlaləddin Rəşid oğlu–  baş müəllim

7.     Əliyeva Hicran Etibar qızı – , 0.5 ştat baş müəllim

8.     İsmayılova Günay Sadıq qızı – baş müəllim

9.     Zamanova Afaq Xəlil qızı – , 0.5 ştat baş müəllim

10.  Əliyeva Fəxriyyə Eldar qızı - , 0.5 ştat baş müəllim

11. Səfərova Samirə Fəxrəddin qızı – 0,5 ştat müəllim

12. Nadirova Mehriban Aydın qızı   - 0,5 ştat baş müəllim

13. Talıblı Günel Rafiq qızı- 0,5 ştat konsertmeyster

14. Əsgərov Nicat Toğrul oğlu- 0,5 ştat konsertmeyster

15Kazımova  Səkinə Oktay qızı- laborant.

Musiqi tarixi və nəzəriyyəsi kafedrası

Kafedra haqqında məlumat 

Musiqinin tarixi və nəzəriyyəsi kafedrası ali təhsilin bakalavriat pilləsində Musiqişünaslıq və Bəstəkarlıq və eyni zamanda     magistratura pilləsində musiqi tənqidi və etnomusiqişünaslıq istiqamətləri üzrə əsas aparıcı ixtisas  kafedralarından biridir. Gələcək mütəxəssislərin hazırlığında kafedra 32 müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı peşəkarlar tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedraya sənətşünaslıq elmlər doktoru  dosent Məhərrəmova İnara Eldar qızı rəhbərlik edir.

Məhərrəmova İnara Eldar qızı

kafedra müdiri,

sənətşünzrə e/d.,  dosent

Məmmədova Günay Abbas qızı

sənətşün.üzrə f/d., dosent

Əhmədov Kamal Rüstəm oğlu

dosent

Xəlilov Yaşar Sudef Oğlu

baş müəllim

Hüseynova Sevda Nəsib qızı

baş müəllim

Hüseynova Rüxsarə Hüseyn qızı

baş müəllim

Qasımova Aynur Rafiq qızı

baş müəllim

Məmmədova Aynur Samiddin qızı

baş müəllim

Məmmədova Rumiyə Yaqub qızı

baş müəllim

Babayeva Məhəbbət Nizami qızı

müəllim (0.5 ştat)

Həsənova Mələk Nazim qızı

laborant

 

Təsviri incəsənət kafedrası

Kafedra haqqında məlumat 

Təsviri incəsənət” kafedrası ali təhsilin bakalavriat pilləsində “Təsviri incəsənət  müəllimliyi”, “Rəngkarlıq, “Dizayn” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.

Gələcək mütəxəsislərin hazırlığında kafedra  müxtəlif  fənnlər üzrə tədris həyata keçirir. Tədris olunan  fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Tələbələrimizin hər il müxtəlif mövzularda sərgiləri təşkil olunur. Əlamətdar günlərdə, yubileylərdə müəllim və tələbə heyəti ilə birlikdə sərgilər təşkil edilir,eyni zamanda respublika və beynəlxalq səviyyəli sərgi, müsabiqə və festivallarda iştirak edilir. Naxçıvan Rəssamlar Birliyi, Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin təşkil etdiyi sərgi və müsabiqələrdə həm tələbələr, həm də müəllimlərin iştirakı təmin olunur. Ustad dərsləri təşkil olunur. Bundan əlavə, rəssam tələbələr mütəmadi olaraq etüdlərə aparılır.

Kafedraya rəhbərlik

21 oktyabr 2022-ci il tarixindən kafedranın müdiri təyin edilmiş Hacıyeva Siddiqə Zakir qızı  kafedraya rəhbərlik edir. 

1.     Hacıyeva Siddiqə Zakir qızı – Prezident mükafatçısı,kafedra müdiri

2.     Əliyev Hüseynqulu Əli oğlu- Xalq rəssamı, professor

3.     Sadıxova Səyyarə Namiq qızı – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, müəllim

4.     İsmayılov Cavid Vəli oğlu – Naxçıvan MR Əməkdar rəssamı, dosent

5.     Cəfərov Elman Məhərrəm oğlu – Naxçıvan MR Əməkdar incəsənət xadimi, müəllim

6.     Allahverdiyev Əlövsət Ərrəhman oğlu -  Müəllim

7.     Məmmədova Əzizə Akif qızı – Müəllim

8.     Zeynalov Elxan İsa oğlu – Müəllim

9. Quliyeva Türkan Məhəmmədəli qızı – Kabinə müdiri

10. Novruzov Arzu Zakir oğlu – Laborant

Teatr və mədəniyyətşünaslıq kafedrası

2011-ci il tarixdə  NDU-da Teatr və mədəniyyətşünaslıq kafedrası yaradılmışdır. Hazırda həmin kafedrada 5 nəfər müəllim heyəti fəaliyyət  göstərir. Bunlardan bir nəfəri Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi , bir nəfəri  Azərbaycan Respublikasının xalq artisti , bir nəfəri Azərbaycan Respublikasının əməkdar artisti, bir nəfəri isə Naxçıvan Muxtar Respublikasının əməkdar atisti, bir nəfər dosent, bir nəfər fəlsəfə doktoru  , iki nəfər baş müəllim, iki  nəfər müəllim , dörd nəfər 0.5 ştat müəllimdir.

Kafedraya rəhbərlik

Kafedraya  rəhbərlik- NDU-nin rektorunun əmri ilə Filologiya üzrə fəlsəfə  doktoru-dosent Gülxarə Mənaf qızı Əhmədova 6 iyul 2011-ci ildən Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri təyin edilmiş və hazırda kafedraya rəhbərlik  edir.

Kafedranın tərkib hissəsi

1. Kafedra müdiri: Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent - Gülxarə Mənaf qızı Əhmədova

2. Elza Sultanəli qızı Fərzəliyeva – baş müəllim

3. Tofiq Həbib oğlu Seyidov - Azərbaycan Respublikasının Əməkdar  Artisti,  baş müəllim  0.5 ştat

5. Kamran Məmmədqulu oğlu Quliyev – Xalq  artisti, müəllim    

6. Azər Babalı oğlu Cəfərli- Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, müəllim 0.5 ştat

7. Turanə Əliyənnağı qızı Hüseynli -laborant

 

Orkestr alətləri və dirijorluq kafedrası

 Kafedranın tarixi

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Orkestr alətləri ” kafedrası 2008- ci ildə yaradılmışdır. 2011-ci ildə kafedranın adı deyişilərək “Orkestr alətləri və dirijorluq” kafedrası adlandırılmışdır. Haliyədə həmin kafedrada  13 nəfər professor-  müəllim heyəti fəaliyyət göstərir. Bunlardan nəfəri 1 nəfər Azərbaycan Respublikasının xalq artisti, 3 nəfəri Azərbaycan Respublikasının  əməkdar artisti , 1 nəfər Azərbaycan Respublikasının  əməkdar mədəniyyət  işçisi,   2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1 nəfər  professor, 4 nəfər dosent, 3 nəfər fəlsəfə doktoru, 1 nəfər doktorant, 5 nəfər baş müəllim, 4 nəfər müəllimdir.  

Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə dosent Mübariz Səməd oğlu Əsgərov 2022-ci ilin oktyabr  ayından etibarən “Orkestr alətləri və dirijorluq” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.

Kafedranın tərkib hissəsi                                       

1.     Əsgərov Mübariz Səməd oğlu – Azərbaycan Respublikasının Əməkdar artisti dosent

2.     Axundov Çingiz Məmməd oğlu – Azərbaycan Respublikasının Xalq artisti ,professor

3.     Əsgərov Amil Əkbər oğlu - Azərbaycan Respublikasının Əməkdar artisti dosent

4.     Cəfərova Mehriban Vaqif qızı - Pedaqogika üzrə fəlsəfə doktoru

5.      Hüseynova Validə Vəli qızı – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti,  dosent

6.     Fərzəliyeva Gülyanaq Əhəd qızı  - Azərbaycan Respublikasının Əməkdar artisti, baş müəllim

7.     Cəfərova Sevinc Zöhrab qızı  - Sənətşünaslıq üzrə fəlsəfə doktoru , baş müəllim

8.    Rzayeva (Əliyeva)Elvira Nuca qızı  - Baş müəllim

9.     Şirinova Şəbnəm Mirzəmməd qızı – Baş müəllim

10. Əsədov Fazil Mustafa oğlu  - Müəllim

11. Novruzova Aidə İbrahim qızı  - konsertmeyster

12. Nəcəfov Tural Nüsrət oğlu  - Müəllim Azərbaycan Respublikasının Əməkdar artisti

13. İbrahimov Rüstəm Cəbrayıl oğlu –müəllim

14. Quliyeva Rəfayə Qara qızı – Laborant

Xalq çalğı alətləri kafedrası

  Kafedranın tarixi

“Xalq Çalğı Alətləri” ixtisası Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin İfaçılıq kafedrasının  (1996-cı il)  yarandığı ilk gündən  onun nəzdində fəaliyyət göstərmişdir. 2008-ci ildən isə “Xalq Çalğı Alətləri” ixtisası  İfaçılıq kafedrasından ayrılaraq “Xalq Çalğı Alətləri” adı altında müstəqil kafedra kimi fəaliyyət göstərmişdir. Haliyədə həmin kafedrada 15 nəfər professor, müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1  nəfəri Az.Respublikasının  əməkdar mədəniyyət işçisi, kafedra müdiri,  1  nəfəri Naxçıvan  Muxtar  Respublikasının  əməkdar müəllimi, Sənətşünaslıq üzrə  fəlsəfə doktoru-dosent , 2 nəfər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər Pedaqogika üzrə fəlsəfə doktoru, dosent , 1 nəfər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim, 1  nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, baş müəllim, 4 nəfər baş müəllim, 3 nəfər müəllim, 1nəfər isə konsertmeystrdir.Naxçıvan  Dövlət Universitetinin  rektorunun əmri ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu İsgəndər oğlu Əhmədov  2022-cı ilin oktyabr ayından etibarən “Xalq Çalğı Alətləri” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.

  Kafedraya rəhbərlik

Naxçıvan  Dövlət Universitetinin  rektorunun əmri ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu İsgəndər oğlu Əhmədov  2022-cı ilin oktyabr ayından etibarən “Xalq Çalğı Alətləri” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.

 Kafedranın tərkib hissəsi 

1.      Əhmədov İmamqulu İsgəndər oğlu – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, kafedra müdiri

2.      Quliyeva Aynurə Arif qızı- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

3.      Nəcəfova Zəminə Məhərrəm qızı- Naxçıvan MR Əməkdar müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

4.      Rzayeva Bənövşə İsmayıl qızı- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

5.      Mürsəlov İsmayıl Hüseyn oğlu- Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

6.      Məmmədov Vahid Məmmədəli oğlu- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

7.      Mərdanova Xalidə Abbasəli qızı- baş müəllim

8.      Seyidov  Aqib İbrahim oğlu- Naxçıvan MR Əməkdar artisti, baş müəllim

9.      Əhmədov Rüfət Rüstəm oğlu- baş müəllim

10.  Abdullayev Sərxan Qəhrəman oğlu- baş müəllim

11.  Paşayev Emin Vidadi oğlu-müəllim

12.  Babayeva Sevinc Məmmədəli qızı-müəllim

13.  Məmmədli Əkrəm Məmməd oğlu-müəllim

14.  Quliyev Elnur Kamran oğlu- müəllim

15.  Rəhimov Səxavət Şərif oğlu – konsertmeystr

16.  İsmayılova Ceyran Kamran q.-laborant