Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbinə Kembric proqramı ilə qəbul imtahanı aparılıb

Qəbul imtahanında 1-ci və 6-cı sinif şagirdləri iştirak edib. 1-ci siniflər üzrə 70-ə yaxın, 6-cı sinflər üzrə isə 90-a yaxın məktəblinin qatıldığı imtahan prosesi 3 saat davam edib.

1-ci sinif üçün qəbul prosesi şifahi imtahan şəklində təşkil edilib. Şagirdlərin ingilis dili əlifbası bilikləri, riyazi bilikləri, ətraf mühitlə tanışlığı yoxlanılıb.

6-cı sinif şagirdlərinə isə İngilis dili qrammatikasından 10, riyazi biliklər 30, ingilis dilində oxu materialları 30, dinləmə 20 sual olmaqla ümumilikdə 90 sual təqdim edilib.

Qeyd edək ki, NDU Beynəlxalq Məktəbində Kembric proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən tədrisə başlanılacaq. Tədris tamamilə ingilis dilində həyata keçiriləcək. Böyük Britaniyadan müəllimlərin cəlb ediləcəyi tədris üçün yerli müəllimlərin də lazımi tələblərə cavab verməsi məqsədilə müxtəlif təlimlər təşkil olunacaq.