Doktorant və Dissertantların nəzərinə!

 28-29 mart 2023-cü il saat 15:00-da  «İxtisas» fənnindən doktorluq imtahanlarının keçirilməsi nəzərdə tutulub. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantların ərizə ilə Elm və İnnovasiyalar bölməsinə müraciət etməsi xahiş olunur. Ərizələrin qəbulu üçün son tarix olan 15 mart 2023-cü il saat 18:00-a qədərdir.

 Kənar müəssisələrin doktorant və dissertantları ərizə ilə yanaşı, təhkim olunduqları müəssisənin məktubunu təqdim edərək imtahanda iştirak edə bilərlər. Sənədlər yalnız əsli qəbul olunur.

       İxtisaslar üçün komissiyalar İmtahan komissiyasına verilmiş tələblər əsasında yaradılacaq. Şərtlərə uyğun komissiya yaradılması mümkün olmadıqda doktorant və dissertant müvafiq müdafiə şurasında ixtisas imtahanı verə bilər.

Hörmətlə,

Naxçıvan Dövlət Universitetinin

Elm və İnnovasiyalar bölməsi