“Atalar sözləri və məsəllərin poetik dili” adlı kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalovanın “Atalar sözləri və məsəllərin poetik dili” adlı kitabının təqdimatı keçirilib.

          Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov təqdimatı keçirilən kitabın elmi, bədii xüsusiyyətləri barədə bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Sədaqət Həsənova, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərli, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov və digər çıxışçılar müəllifin “Atalar sözləri və məsəllərin poetik dili” adlı kitabı haqqında bəhs edərək bu kitabın xalq deyimləri, hikmətləri və əxlaqi-tərbiyəvi məsələlərlə maraqlanan hər kəs üçün yararlı olacağını qeyd ediblər.

          Sonda çıxış edən müəllif Arifə Zeynalova göstərilən qayğıya görə universitet rəhbərliyi və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.