Bildiriş! 


Naxçıvan Dövlət Universitetinin doktorantura səviyyəsinə müraciət etmiş və "Xarici dil" imtahanında müvəffəq bal toplamış namizədlərin nəzərinə. Doktorantura səviyyəsinə qəbulun ikinci mərhələsi olan "Fəlsəfə" fənnindən imtahan 03 sentyabr 2024-cü il saat 10:00-da Naxçıvan Dövlət Universitetinin  Magistratura və doktorantura mərkəzinin 101 nömrəli zalında  keçiriləcəkdir.
Fəlsəfə imtahanından "məqbul" alan doktoranturaya namizədlər "İxtisas" fənindən imtahana buraxılacaqlar. "İxtisas" fənnindən imtahanlar 10 sentyabr saat 10:00-da Magistratura və doktorantura mərkəzində keçiriləcəkdir.
İmtahanında iştirak etməyənlər  “qeyri-müvəffəq” qiymət alaraq növbəti mərhələyə buraxılmayacaq. 
İmtahanlarda iştirak zəruridir! 
Bütün namizədlərə uğurlar arzulayırıq!