Tədbirdən öncə Tələbə Gənclər Təşkilatının Yaradıcılıq klubunun üzvü olan Tarix-filologiya fakültəsinin I kurs tələbəsi Səbinə Həsənovanın daş üzərində rəsmlərdən ibarət yaradıcılıq sərgisinə baxış olub.
Elbrus İsayev ölkənin ən nüfuzlu universitetləri sırasında yer tutan universitetin çoxşaxəli fəaliyyətində tələbələrin də aktiv iştirak etdiyini qeyd edib. Bildirilib ki, ali təhsil ocağında uğurla fəaliyyət göstərən tələbə təşkilatları öz ictimai fəallıqları və cəmiyyətdə mövqelə\ri ilə seçilirlər. Rektor vurğulayıb ki, eyni zamanda ətrafında yüzlərlə tələbəni birləşdirən NDU-nun Tələbə Gənclər Təşkilatı müxtəlif illərdə ölkə miqyasında “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.
Elbrus İsayev qeyd edib ki, bu il NDU-nun tələbələrinin Azərbaycan Respublikası Gənclər Fondunun keçirdiyi “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində yeddi layihə üzrə qalib gəlməsi universitet tarixində əlamətdar hadisə olaraq təqdirə layiqdir.
Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov ölkə üzrə qalib olan layihələr və onların rəhbərləri barədə məlumat verib. Qalib layihələr arasında universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının II regional konfransı”, sədr müavini Nilgün Qənbərlinin “Gənc mühəndislərin inkişaf proqramı”, sədr müavini Aytac Allahyarovanın “Milli-mənəvi dəyərlər Forumu” və Tələbə Gənclər Təşkilatının fəalları Salatın Məmmədovanın “Qərbi Azərbaycandan olan gəncIərin I Naxçıvan Forumu”, Həsən İsmayılovun “Muxtariyyət-100” mövzusunda Nə? Harada? Nə zaman? intellektual oyunu, Xəyalə Məmmədovanın “Gənc hüquqşünasların inkişaf proqramı”, Araz Xəlilovun “Z nəsli Könüllülər üçün İntellektual Plan” layihələri müsabiqənin qalibi olub. Qeyd olunan bu layihələrə fond tərəfindən 19800 manat məbləğində qrant ayrılıb.
Əziz Qasımov layihələrin proqramı, məqsəd və vəzifələri, hədəf qrupu, eyni zamanda, davamlılığı və nəticələri barədə edib.