Naxçıvan Dövlət Universitetində Dos.dr Hasan Çiftçi tərəfindən beynəlxalq jurnal və konfranslara məqalə yazı qaydaları, jurnal seçimi, məqalələrin təqdim edilməsi, layihə və qrantların yazı qaydaları haqqında təlim keçilib.
2 gün davam edən, canlı və onlayn olaraq həyata keçirilən təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.