Naxçıvan Dövlət Universitetində metodik vəsaitin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov və Naxçıvan Dövlət Universitetinin məzun magistrantı Təhminə Nağıyevanın həmmüəllifi olduqları “Naxçıvan Dövlət Universitetinin Texnoparkının makroiqtisadi səmərəliliyinin yüksəldilməsində rolu” adlı kitabının təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki,  metodik vəsaitdə dövlətin ardıcıl və davamlı iqtisadi inkişaf mühitində innovasiyalaşan və texnoloji tərəqqi tələb edən proseslərdən bəhs olunur. Diqqətə çatdırılıb ki, texnoparklar milli iqtisadi inkişafın hərəkətverici qüvvəsi və alternativlik göstəricilərinin etibarlılığını ifadə edir. Prorektor metodik vəsaitin müvafiq sahə üzrə araşdırmalarda etibarlı istinad mənbəyi kimi istifadə edilə biləcəyini bildirib. 

Tədbirdə çıxış edənlər texnoparklar barəsində nəzəri yanaşmalar və müasir dövrdə onların əhəmiyyəti, texnoparkların  fəaliyyətinin təşkil olunmasında beynəlxalq təcrübənin öyrənilməsi və bir sıra mövzular haqqında fikirlər səsləndiriblər.

Çıxış edənlər həmmüəllifləri təbrik edərək onlara uğurlar arzu ediblər.

Sonda, müəlliflər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.