Naxçıvan Dövlət Univesitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova Özbəkistan Pespublikasında Peak Network şirkətinin təşkilatçılığı ilə səfərdə olub.
Səfərin birinci günü Daşkənd Kimya Texnologiya Universitetinin Beynəlxaq əlaqələr üzrə prorektoru Zebo Babaxanova və Biznes Əlaqələri üzrə prorektor Ənvər Şirnayev ilə görüş keçirilib.
Görüşdən sonra universitetin fakültələri ilə tanış olan qonaqlar ali təhsil müəssisəsinin texnoparkına da baxış keçiriblər.
Səfərin ikinci günü Azərbaycanın Özbəkistandakı Səfirliyində fövqəladə və səlahiyyətli səfir Hüseyn Quliyev ilə görüş baş tutub. Səfir Azərbaycandan gələn qonaqları salamlayıb və Özbəkistanla Azərbaycan arasında hər sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Səfərin ücüncü günü Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) şirkətinin təşkilatçılığı ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycandan gələn iş adamları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra qonaqlar Özbəkistanın ikinci böyük şəhəri olan Səmərqəndə səfərləri zamanı tarixi məkanları gəzib, Əmir Teymurun məzarını ziyarət edərək eksponatlara baxış keçiriblər.
Səfər zamanı Nəzakət İsmayılovaya Daşkənd Kimya Texnologiya Universiteti, ATUİAB və Peak Network tərəfindən sertifikatlar təqdim olunub.