Naxçıvan Dövlət Universitetinin startap komandaları “Robotex Türkiyə” Antalya çempionatında yüksək nəticə əldə ediblər.
NDU-nun 5 komandası 19-21 aprel tarixlərində keçirilən "Robotex Türkiyə" Antalya çempionatında iştirak ediblər. 9 ölkədən komandaların qatıldığı çempionatda komandalarımız “Proqramlaşdırma”, “Yaşıl sahibkarlıq ”, “Tibb elmləri” üzrə startap kateqoriyalarında mübarizə aparıblar.
Çempionatın nəticələrinə əsasən NDU-nun tələbələri - Sərdar Ağayev “Tibb elmləri” kateqoriyası üzrə I, Elsun Cəfərov “Proqramlaşdırma” kateqoriyası üzrə II yerin sahibi olub. Ümüd Nəsibov, Zahir Axundov və Abdulla Kərimli isə “Jüri özəl mükafatı”na layiq görülüblər.
Nəzərinizə çatdıraq ki, yarışmada qalib gələn komandalar 2024-cü ilin dekabr ayında Estoniyada keçiriləcək “Robotex International” dünya çempionatında mübarizə aparacaqlar.
Məlumat üçün onu da bildirək ki, Naxçıvan Dövlət Universiteti Robotexin Azərbaycanda rəsmi tərəfdaşıdır.