NDU Beynəlxalq Kembric Məktəbinə şagird qəbulu ELAN edir!

NDU Beynəlxalq Kembric məktəbi üçün 1-ci və 6-cı sinifdən (hazırda 5-ci sinifi bitirən şagirdlər) 2024-cü tədris ilindən başlamaq üçün sənəd qəbulu elan edilir. Müraciət üçün 2 ədəd 3x4 foto, şagirdin və hər iki valideyninin şəxsiyyət vəsiqəsinin surəti iş saatları ərzində NDU Beynəlxalq Məktəbi, 1-ci mərtəbə, sağdan 3-cü otağa (Nuray xanıma) təqdim edilməlidir. Son müraciət tarixi 2 avqustdur.

1-ci siniflər üçün qısa müsahibə 3 avqust tarixində saat 11:00-dan etibarən Beynəlxalq Məktəbdə keçiriləcəkdir. 6-cı siniflər üçün danışıq imtahanı (10 bal üzərindən) 3 avqust tarixində saat 11:00-da NDU Beynəlxalq Məktəbində keçiriləcəkdir. Yazılı imtahan 4 avqust tarixində saat 11:00-da Beynəlxalq Məktəbdə keçiriləcəkdir. İmtahanda şagirdlərə 

-İngilis dili dinləmə (20 sual)

-İngilis dili oxu- 3 mətn (ümumilikdə 30 sual)

-İngilis dili qrammatika (10 sual)

-İngilis dilində riyaziyyat (30 sual) suallar təqdim ediləcəkdir. 

Məlumat üçün nsuinternationalschool@ndu.edu.az e-mail adresi vasitəsilə yaxud 077 205 85 99 nömrəsi vasitəsilə (vatsap üzərindən) iş saatları daxilində əlaqə saxlaya bilərsiniz.

Qeyd: Kembric proqramı ilə tədris tam ingilis dilində ödənişli əsaslarla aparılır.