Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Psixoloji sindromlar və onların insan həyatına təsirləri adlı təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Pedaqoji fakültənin dekanı, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev təbdir iştirakçılarını salamlayıb, Psixoloji-sindromların bu gündə aktual problem olduğunu diqqətə çatdırıb.
Sonra “Pedaqogika və psixologiya kafedrasının müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov psixoloji sağlamlıq, stresin insan həyatına zərərləri və yaratdığı çətinliklər barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra Pedaqogika və psixologiya kafedrasının kabinə müdiri Kübra Quliyeva Psixologiyanın ümumi sahələri və tədqiqat üsullarından söz açıb, psixoloji sindromların yaranma səbəbləri və törətdiyi problemlər məsələsinə toxunaraq, fərqli sindromlar haqqında iştirakçılara ətraflı izah verib.
Təlim müzakirə şəklində davam edib və tələbələrin sualları cavablandırılıb.