en Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə ədəbi-bədii kompozisiya və sərgi təşkil olunub.
Bu münasibətlə keçirilən tədbirdə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsini Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək dəhşətli cinayət, terror hadisəsi adlandıran ali təhsil müəsssəsinin rektoru Elbrus İsayev bu hadisənin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən yeganə soyqırım olmadığnı, ondan əvvəl də xalqımızın başına dəfələrlə belə müsibətlər gətirildiyini qeyd edib. Rektor prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük addımlar atıldığını bildirib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan tarixində son 200 ildə ən parlaq qələbə olaraq tarixə, yaddaşlara həkk olundu və bu qalibiyyət azərbaycanlılara qarşı törədilmiş terror aktlarına qarşı ən tutarlı cavab idi.
Sonra Tələbə Teatr Studiyasının rəhbəri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədovanın müəllifi olduğu “Qan yaddaşım, Xocalım” adlı bədii kompozisiya nümayiş edilib.