Tədbirdə çıxış edən filmin rejissoru Mikael Silkeberq UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gələn 50 dəqiqəlik "Odinin şifrəsi" adlı sənədli filmin Skandinaviya ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs etdiyini deyib.
Bildirilib ki, ekran əsəri həm keçmiş Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycana dörd dəfə səfər etmiş məşhur norveçli etnoqraf Tur Heyerdalın nəzəriyyəsinə əsaslanaraq lentə alınıb. Qeyd edək ki, Mikael Silkeberq Azərbaycan və Skandinaviyanın müxtəlif tarixi yerlərini ziyarət edib, bu tarixi əlaqələrin elmi aspektlərini araşdırmaq üçün hər iki regionun ekspertlərindən müsahibələr alıb. Daha sonra "Odinin şifrəsi" sənədli filmi nümayiş olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq filmdən aldığı yüksək təəsüratı dilə gətirib.