Naxçıvan Dövlət Universiteti Xəstəxanasının və Musiqi Kollecinin
kollektivi 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar olaraq Ordubad
şəhər tam orta internat məktəbi şagirdlərini sevindiriblər.
Əvvəlcə məktəbdə xəstəxananın pediatrik, laborator, ginekoloji, kardioloji
və stomatoloji şöbələrinin həkimləri tərəfindən tibbi aksiya keçirilib, ümumilikdə
50 nəfərə yaxın uşaq müxtəlif profilə uyğun müayinə olunub.
Daha sonra Musiqi Kollecinin kollektivi konsert proqramı ilə çıxış edib,
şagirdlərlə əyləncəli vaxt keçirilib, onlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, internat məktəbində şagirdlərlə keçirilən görüşün əsas
məqsədi bayram ərəfəsində uşaqlara həm mənəvi, həm də tibbi dəstək göstərmək
olub.